SON DƏQİQƏ: “Qarabağ” milli futbolçusunu 6 aylıq itirdi

16:32 29 Mart 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə dünən keçirilən oyunda zədələnən milli komandamızın yarımmüdafiəçisi Namiq Ələsgərovun durumuna aydınlıq gəlib.

 

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində əvəzlənən gənc futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.

 

 

Bu gün keçirilən tibbi müayinənin nəticəsi ürəkaçan olmayıb. Belə ki, Ələsgərovun ayağının ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Həkimlər “Qarabağ”ın futbolçusunun ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıblar. Millinin heyətində zədə aldığından, futbolçu yaxın günlərdə AFFA tərəfindən əməliyyat etdiriləcək.

 

 

Qeyd edək ki, millimizin Malta üzərində 2:0 hesablı qələbə qazandığı görüşün 22-ci dəqiqəsində zədələnən Namiq Ələsgərovu Ruslan Qurbanov əvəzləmişdi.

 


Digər xəbərlər

Xəbər xətti