Moskvada A.Xarlampiyevin xatirəsinə həsr olunan sambo üzrə dünya kubokunun mərhələ yarışında Azərbaycan millisi altı medal qazanıb.
Sportarena.az xəbər verir ki, yarışda Amil Qasımov (74 kq) qızıl, Nəsimi Umbayev (52 kq), Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq) və Elmuraz Qasımov (100 kq) bürünc medallara sahib olublar.
Turnirdə 90 kiloqram çəki dərəcəsində döyüş sambosu yarışlarında mübarizə aparan Kənan Qasımov bürünc medalla kifayətlənib.
Milli komandamız turnirdə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparır.
Martın 30-da yekunlaşacaq turnirdə ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edir.