Rinqdə ölən idmançı haqda - AÇIQLAMA

17:43 29 Mart 2015

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov Hövsan Olimpiya Kompleksində Azərbaycan çempionatında baş verən ölüm hadisəsiylə bağlı açıqlama verib. 
 

 

Sportarena.az xəbər verir ki, o, sportpress.az-a açıqlamasında qaydasız döyüş üzrə Azərbaycan çempionatının keçirilməsi haqda danışıb: “Yarış həvəskarlar arasında MMA üzrə idi. Qaydasız döyüş deyildi. Gördüyünüz kimi idmançılar dəbilqədə idi. Ölüm hadisəsinə gəlincə hər şey ani oldu. Ramin Zeynalova güclü zərbə də dəyməyib. Rinqdə yerə yıxıldığı zaman huşunu itirdi. Bu idman növü riskli olsaydı, oğlumu bu idmana qoymazdım. Həmin gün çempionatda oğlum da iştirak edib. Biz özümüz çox pis olmuşuq. İdmançının ölümü hamımıza pis təsir edib. Lakin bunda bizim günahımız yoxdu. Uzun müddətdir idmanla məşğul olub. Kim deyə bilərdi ki, Azərbaycan çempionatında belə hadisə olacaq. Yarışda həkimlər var idi, hadisədən dərhal sonra ona kömək etmək istəsələr də mümkün olmadı.

 

İdmançının ölümündə bizim günahımız yoxdur. Ramin Zeynalov neçə illərdir idmanla məşğul olur. Əvvəllər taekvando və kikboksinqlə məşğul olub. MMA-da iki-üç aydır gücünü sınayır. Sağlamlığı barədə həkimdən sənədini bizə təqdim edib. Allahın qisməti imiş. Ola bilər səhhətində problemi olub. Dəfn mərasimində iştirak edərək ailəsinə bağsağlığımızı çatdırdıq. Müəyyən köməklik göstərməyə çalışdıq. Ailə üzvləri də dedi ki, Raminin ölümündə bizim günahımız yoxdur”.

 


Digər xəbərlər

Xəbər xətti