Rusiyalı futbolçu Vasili Berezutski maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında DÇ-2018-in finalında Azərbaycanla oynamağı arzuladığını dilə gətirib:
"Dünya çempionatının finalında oynamağı çox istərdim. Amma kiminlə oynamağın elə də ciddi əhəmiyyəti yoxdur. Əgər rəqib Azərbaycan yığması olsa, çox gözəl olardı".
Qeyd edək ki, Berezutskinin fikirləri ilə Aleksandr Səmədov da razılaşıb.