Toğrul Erat oynadı, klubu darmadağınla üzləşdi

18:11 29 Mart 2015

Almaniyanın Qərb Regional Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna II" də növbəti matçına çıxıb.

 

Düsseldorf təmsilçisi doğma meydanda Köln "Viktoriya"sını qəbul edib. Matç Eratın komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Toğrul start heyətdə meydana çıxdığı görüşün 76-cı dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, Düsseldorf klubu hazırda 40 xalla 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti