Radamel Falkao: "Fənərbaxça"dan təklif almışam"

18:27 29 Mart 2015


“Mançester Yunayted”in hücumçusu Radamel Falkao mövsümün sonunda Türkiyəyə köçə bilər.

 

 

Sportarena.az xəbər verir ki, kolumbiyalı ulduz futbolçu “Fənərbaxça”dan təklif aldığını bildirib.

 

 

Müqavilə ilə “Monako”ya məxsus olan və “Mançester Yunayted”də icarə əsasında çıxış edən Falkao Türkiyə klubu ilə danışıq apardığını təkzib etməyib: “Fənərbaxça” rəhbərliyi mənimlə əlaqə saxladı və təklifini etdi. Hazırda menecerim danışıqları davam etdirir. Hər şey “Mançester Yunayted” rəhbərliyinin qərarından asılıdı”.

 

 

Qeyd edək ki, “Mançester Yunayted” mövsümün sonunda Falkaonu 59 milyon avroya transfer etmək hüququna malikdi. Lakin “qırmızı şeytanlar” onun çıxışından məmnun qalmadığı üçün bu keçid böyük ehtimalla baş tutmayacaq.

 


Digər xəbərlər

Xəbər xətti