Malta yığmasının yarımmüdafiəçisi Pol Fenex AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, Bakıdakı 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Bu oyunda iki fərqli hissə oldu. Birinci hissədə Azərbaycan yığması dominantlıq edirdi. Amma ikinci yarıda biz meydan sahiblərin təzyiqinə baxmayaraq, onları topdan məhrum etməyi bacardıq. Son dəqiqələrdə buraxdığımız qol isə bizim bütün ümidlərimizin üzərindən xətt çəkdi. Halbuki, hesabı bərabərləşdirə bilərdik. Fikrimcə, taktiki cəhətdən biz rəqibdən daha üstün idik".