Тürkiyədə keçirilən cüdo üzrə Qran Pridə Azərbaycan millisi qızıl medal qazanıb - FOTO

22:22 29 Mart 2015

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran Priyə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi 1 qızıl medal qazanıb.

 

100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşədək serbiyalı Stefan Yurisiç, türkiyəli Timur Turan, iranlı Cavad Mahcub və rusiyalı Arsen Omarovu məğlubiyyətə uğradıb. Gərgin keçən final qarşılaşmasında isə təmsilçimiz Almaniyalı Karl-Rixard Freyi üstələməyi bacarıb.

 

Bu gün tatamiyə çıxan digər cüdoçularımıza gəldikdə, Uşangi Kokauri (+100 kq) 5-ci, Tural Safquliyev (90 kq) 7-ci yeri tutub. Ümumilikdə isə yığmamız Qran Prini 2 qızıl, 1 gümüş medalla başa vurub. Əvvəlki yarış günlərində Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) gümüş medala yiyələnib. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında yalnız Hollandiyadan geri qalaraq, 2-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti