"Xəzər Lənkəran" məşqləri azaltdı

22:48 29 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində aprelin 1-də “Sumqayıt”ı doğma şəhərdə qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.

 

 

Sportarena.az 12cioyuncu.info satına istinadən xəbər verir ki, komanda bu gün bir dəfə məşq edib.

 

Saat 17:00-da start götürən hazırlıq prossesi isinmə hərəkətləri başlayıb. Bir saatdan çox sürən məşq toplu çalışmalar və taktiki hazırlıqdan ibarət olub. Zədəsini sağaldan Ruslan Cəfərov da komanda ilə birgə çalışıb. Milli komandaların düşərgəsində olan futbolçular sabah Lənkərana gələrək komandaya qoşulacaqlar.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” daha əvvəlki günlər gün ərzində iki dəfə məşq edirdi.

 


Digər xəbərlər

Xəbər xətti