Xəbər verdiyimiz kimi, bu gün AVRO-2016-nın seçmə mərhələsində V turunda “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərlik etdiyi Gürcüstan millisi doğma meydanda Almaniya yığması ilə qarşılaşıb. Matç 0:2 hesabı ilə son dünya çempionlarının xeyrinə başa çatıb.
Sportarena.az xəbər verir ki, Sxadadze Bakı klubunda mübarizə aparan müdafiəçi Aleksandr Amisulaşviliyə oyun zamanı şans verib. Lakin arxa xətt oyunçusu zədə üzündən 4-cü dəqiqədə meydandan çıxmaq məcburiyyətndə qalıb. “Bankirlər”in hücumçusu Baçana Sxadadze isə matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra Gürcüstan millisi 3 xalla 5-ci pillədə yer alır.