Türkiyədə həvəskar klublar olan “Yağcılar” və “Həmzəbəyli” arasında keçirilən matçda qeyri-adi hadisə yaşanıb.
Sportarena.az xəbər verir ki, görüş 1:0 meydan sahiblərinin xeyrinə olarkən, oyunun 89-cu dəqiqəsində qayda pozuntusu sonrası oyunçular arasında dava düşüb.
Baş hakim Yasin Sayqılı ara sakitləşən kimi “Yağcılar”dan 7, “Həmzəbəyli”dən 8 nəfərə qırmızı kart göstərib.
Həvəskar Futbol Liqasının prezidenti İsmayıl Aydın isə, açıqlama verərək ən axrıncı liqa sayılan və bundan aşağı düşmənin mümkün olmadığı bir çempionatda niyə belə dava edildiyini anlamadığını bildirib.