Dunqa yeni parlayan ulduzdan danışıb Neymarı təriflədi

13:40 30 Mart 2015

Braziliya milli komandasının baş məşqçisi olan Dunqa, Çili ilə oyunun qəhrəmanları haqqında maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Dunqa, Çili ilə yoldaşlıq oyunundan sonra, yeni parlayan futbolçu Ferminyo və Neymarı tərifləməklə yanaşı, hələ ki heyət seçimi etmədiyini də bildirib.

“Kupa Amerika üçün heyəti dəqiqləşdirmək üçün hələ çox vaxtımız var. Ferminyonu uzun zamandır ki, izləyirəm. Almaniyaya gedəndən sonra çox faydalı işlər görüb. Tədricən özünü komandaya qəbul etdirməyi bacarır və bu da formasını yüksəldir. Qol vurmağda da bacarıqlıdır, amma, hələ ki, qərarımı verməmişəm”. – deyə Dunqa bildirib.

 

Dunqa, “Barselona”da forma geyən ulduz futbolçu Neymar barədə isə çox inamlı danışaraq, “Neymar bizim üçün önəmli futbolçudur. Tək texniki baxımdan yox, həm də hirsli futbolçu olduğuna görə oyunçuları motivasiya etməyi yaxşı bacarır”. – deyib.


Digər xəbərlər

Xəbər xətti