"Formula-1" tarixində inqilab: Qadınların da sürət yarışına qatılması təklif edildi

13:45 30 Mart 2015

"Formula-1" yarışlarının baş promouteri Berni Ekklstoun qeyri-adi təklif irəli sürüb.

 

Sportarena.az xəbər verir ki, Ekklstoun qadınlar arasında da "F-1"yarışlarının keçirilməsinin vacib olduğunu bildirib. Britaniyalı hesab edir ki, qadınlar "Formula-1" yarışlarından öncə - bazar günləri mübarizə apara bilərlər:

"Hesab edirəm ki, bu, qadınların özünü göstərməsi üçün yaxşı ideyadı. Müəyyən prinsiplərə görə, qadınlar bir işin ardınca sona qədər gedə bilmirlər. Yox, biz onların "F-1"də məhz buna görə görünməsini istəmirik.

Qadınlar daha çox diqqət mərkəzində olmaqla, sponsor cəlb edə bilərlər. Biz nədənsə başlamalıyıq. Düşünürəm ki, bu ideya "Formula-1" üçün super əhəmiyyət kəsb edəcək".

Fevral ayında ispaniyalı xanım Karmen Horda "Lotus"un inkişaf proqramının iştirakçısı olub. "Uilyams" komandasında şotland xanım Syuzi Volff işləyir.


Digər xəbərlər

Xəbər xətti