Son 10 ildə ölkə futbolunda çevriliş edən “Xəzər Lənkəran” Azərbaycan futboluna gətirdiyi maliyyə siyasətində dəyişiklər etmək fikrindədir.
Sportarena.az xəbər verir ki, bu mövsümə qədər futbolçulara külli miqdarda pullar xərcləyən Lənkəran təmsilçisi artıq baha qiymətə ulduz futbolçu transfer etmək yerinə, daha ucuz qiymətə kefiyyətli futbolçuları Lənkərana gətirməyə çalışacaq.
Əldə etdiyimiz məlumata görə, buna məşhur legioner futbolçuların Lənkərandakı şəraitə uyğunlaşa bilməməsi və bu amilin onların oyununa təsir etməsidir. Belə ki, Bakıya “qaçmaq”ları ilə seçilən sabiq Lənkəranlı legionerlər ölkəyə gəldikdən sonra səviyyə və oyuna motivasiyası baxımından düşmə yaşayırdılar. Buna səbəb isə Lənkəranda yetərincə əyləncə vasitələrinin olmaması idi.
İllərdir bu siyasətin “qurbanı”na çevrilən Lənkəran təmsilçisi klubun maliyyə siyasətində dəyişiklik etmək qərarına gəlib. Lənkəran təmsilçisi növbəti mövsümdən etibarən yerli futbolçularla yanaşı əsasən Şərqi Avropa və Afrika futbolçularına daha çox meyl göstərəcək. Buna səbəb isə klub tarixində məs bu regionların futbolçularının ucuz başa gəlməsi və gözlənənəri doğrultmasıdır. Klub tarixində ən uğurlu oyunları ilə seçilən ruminiyalı sabiq və yeni bir-neçə futbolçu yenidən komandada peydə ola bilər.
Həmçinin, komandaya yeni parlayan, öz çempionatlarının ulduz futbolçularının da gətirilməsi istisna deyil.