Sxadadzedən ilk məğlubiyyətin şərhi: "Futbolçularım inanmırdı ki, qol vura bilərlər"

14:20 30 Mart 2015

Gürcüstan millisinin baş məşqçisi Kaxaber Tsxadadze komandasının Avropa çempionatının seçmə mərhələsində Almaniyaya məğlubiyyətini (0:2) şərh edib.

 

Sportarena.az xəbər verir ki, Tsxadadze yetirmələrinin oyunundan narazı qalıb. O, futbolçularının hücum etməyə qorxduğunu bildirib:

"Biz hələ ilk hissədə iki əvəzetməyə əl atdıq. Aleksandr Amisulaşvili ciddi zədə aldı. Tornik Okriaşvili isə etiraf etdi ki, oyunu davam etdirmək iqtidarında deyil. Bu da bəzi problemlər yaratdı. Amma bizim əsas problemimiz o idi ki, topu özümüzdə saxlaya bilmirdik.

İkinci hissədə hücum etməyə cəhd etdik. Buna görə uşaqlara təşəkkür edirəm. Amma yenə də hücumları sona çatdıra bilmirdik. Futbolçularım inanmırdı ki, qol vura bilərlər.

Bu, psixoloji problemdi. Biz bu problemin üzərində işləyib, onu aradan qaldırmalıyıq".

 


Digər xəbərlər

Xəbər xətti