BƏYANAT: "Xəmsə" AFFA-nın biletlərindən imtina etdi

16:23 30 Mart 2015

Gəncənin "Xəmsə" fanklubu bəyanat yayıb.

 

Sportarena.az həmin bəyanatı olduğu kimi təqdim edir:

"Hər zaman millimizin yanında olan "Xəmsə" fanklubu son oyunda da yığmamızı tək qoymadı. Son zamanlar uğursuz nəticələr göstərən komandamızın Malta üzərində qələbə qazanması təbii ki, hər bir azərbaycanlı kimi bizi də sevindirdi.

Lakin oyundan sonra müəyyən şəxslər və mətbu orqanlarda fanklubumuz barədə bilet satışı ilə bağlı xəbərin yayılması hər birimizi sözün əsl mənasında məyus etdi. Beləliklə, bəyan edirik ki, gələcək oyunlarda da millimizin yanında olacağıq. Lakin bir daha bu cür xəbərlərdə adımızın çəkilməməsi üçün AFFA tərəfindən verilən biletlərdən imtina edərək, oyunlara öz hesabımıza gedəcəyik". 

 


Digər xəbərlər

Xəbər xətti