Petro Qedin: "Azərbaycan millisinin qol vurması bizim üçün ağır zərbə oldu"

17:32 30 Mart 2015

“Oyunun startından bir neçə dəqiqə sonra Azərbaycan millisinin qol vurması bizim üçün ağır zərbə oldu”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Petro Qedin deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla Bakıda keçirilən oyunla bağlı Malta mətbuatına danışan təcrübəli mütəxəssisin məğlubiyyətə (0:2) münasibəti belə olub: “Rəqibin hücumlarına cavabımız zəif olurdu. Birinci hissədə taktiki döyüş apardıq. Amma ikinci hissədə taktikanı dəyişdik. 4-4-2 sxeminə keçdikdən sonra daha yaxşı oynamağa başladıq. Müdafiədə 4 nəfərlə çıxış etmək hücum gücümüzü artdı. 4-4-2 sxemində çıxış edəndə, bütün zonaları bağlamaq imkanın olur. Lakin bütün səylərimiz bir nəticə vermədi”.

 

Qedin yığmamızla cavab görüşünü indidən səbirsizliklə gözlədiyini söyləyib: “Gələcəkdə 5-3-2 sxemindən də yararlanmaq olar. Belədə komandanın cinahları daha güclü olar. Təbii ki, bunun üçün güclü oyunçulara da ehtiyac var. Mən komandama güvənirəm. Turnir cədvəlində sonuncu pillədən qurtulacağımıza inanıram. Bu baxımdan Azərbaycanla burdakı oyunun əhəmiyyəti böyükdü”.

 

Qeyd edək ki, yığmamızın Malta ilə səfər oyunu sentyabrın 6-da keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti