Azərbaycan millisinin yoldaşlıq oyunundakı növbəti rəqibi Serbiya yığması ola bilər.
Sportarena.az xəbər verir ki, məqsədilə iyunun əvvəllərində yoldaşlıq oyunu keçirmək üçün AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır.
Bunu assosiasiyanın rəsmi saytı açıqlayıb. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan – Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək
Qeyd edək ki, bu görüş AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də rəqib meydanında Norveçə qarşı keçiriləcək matça hazırlıq xarakteri daşıyacaq.