Macarıstanla AÇ-2016-nın son seçmə oyunu Yunanıstan millisinin 3 futbolçusu üçün sonuncu ola bilərdi.
Sportarena.az xəbər verir ki, 0:0 bitən oyundan sonra taksiylə hava limanına yollanan Vanqelis Moras, Panayotis Taxtsidis və İoannis Fetfatsidis ağır qəza keçirib.
Futbolçular müxtəlif xəsarətlərlə ölümün pəncəsindən qurtulub. Sürücü isə hadisə yerində keçinib.