“Neftçala”nın 10 yaşdan 14 yaşadək futbolçulardan ibarət komandaları AFFA-nın Cənub regionunda keçirdiyi turnirin yarlmfinalına qədər irəlliləyib.
Bu haqda komandaların baş məşqçisi Fəxrəddin Mürvətov sportarena.az saytına açıqlama verib.
“Uşaqlar əzmkar oyunlar göstərdilər. Nəticələrimiz yaxşıdır. 5 yaş qrupunun hamsında yarımfinala qədər irəllilədik. Bu da rəhbərliyin bizə göstərdiyi qayğının nəticəsidir.
Sabah yarımfinal mərhələsinin püşkü atılacaq və rəqiblərimiz bilinəcək. İnanıram ki, uğurlarımızın davamı gələcək”. – deyə Mürvətov bildirib.
Qeyd edək ki, komandalara Fəxrəddin İbrahimovla birgə Mehman İbrahimov da başçılıq edir.