Kamal Quliyev: “Premyer Liqaya hazırlaşırıq”

15:41 31 Mart 2015

“Premyer Liqaya hazırlaşırıq”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında 1-ci Dvizionda çıxış edən “Neftçala” klubunun baş məşqçisi Kamal Quliyev deyib.

 

Çempionatda şəriksiz liderlik edən klubun baş məşqçisi açıqlamasında maraqlı məqamlar toxunub. Quliyev, artıq klubunun Premyer Liqaya hazırlaşdığını və seleksiya işlərinə başladığını bildirib.

“Rəhbərliyin qarşımızda qoyduğu ilk məqsəd çempionluqdur. Bu məqsədə doğru inamla irəlliləyirik. Lakin, bəzi məslələri danışmaq hələ tezdir. Biz çempionluğu tam təmin etdikdən sonra bütün mövzularda Premyer Liqadan danışa bilərik. Amma, onu da deyim ki, artıq seleksiya işlərinə başlamışıq. Premyer Liqaya hazırlaşırıq. Fikrimiz odur ki, əgər Premyer Liqaya çıxmağı bacarsaq, orada debütant kimi zəif komanda yox, ilk mövsümündəcə iddialı bir komanda kimi görünək. Oyunçularımın potensialı da buna imkan verir. Onlardan bir-neçəsi ölkəmizin güclü klublarında çıxış etməyə layiqdir”.

 

Quliyev, klubunun oyunlarda hücumlardan tam yararlana bilməməsinə də münasibət bildirərək “Bizdə belə bir problem var ki, oyunçular epizodlardan yararlanmaqda çətinlik çəkir. David Canalidzeni bu məqsədlə kluba cəlb eləmişik. Oyunçuların təcrübəsizlikləri çox zaman onların son nöqtəni dəqiq qoymasının qarşısını alır. Amma, məşqlərdə də bunun üçün çalışırıq. Gəncədəki oyunda da komandamda bu mənada inkişaf gördüm. Əgər çempionluğa iddialıyıqsa gərək bir zərbənin belə oyunun taleyini dəyişə biləcəyini belə düşünə bilək”. – deyib.

 

Kamal Quliyev son zamanlar komandanın oyunlarına gələn azarkeşlərin sayında artım olduğunu da xüsusi olaraq vurğulayıb. O, bu amilin komandaya müsbət təsir etdiyini deyib.

“Son zamanlar oyunumuza gələn azarkeşlərin sayında artımvar. Bu bizi sevindirir. Oyunçuları oyunlara kökləmək üçün azarkeş dəstəyi böyük amildir”.


Xəbər xətti