“Sadıq Sadıqov görə “Neftçi”dəyəm. Sadıq Sadıqov nə vaxt “Neftçi”dən getsə, mən də o vaxt gedəcəm”.
Bu sözləri sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun prezident müşaviri Elnur Əşrəfoğlu deyib.
Əşrəfoğlu, onun “Neftçi” klubundan istefa verməsi ilə bağlı yayılan şayələri yalanlayaraq, “Hal-hazırda klubdayam, işimin başındayam. Sadıq Sadıqova görə “Neftçi”dəyəm. Sadıq Sadıqov nə vaxt “Neftçi”dən getsə, mən də o vaxt gedəcəm”. – deyib.
Elnur Əşrəfoğlu,bu gün saat 17:00-da “Neftçi” klubunda daxili toplantı olacağından da xəbərsiz olduğunu deyərək, klubda nə prezident, nə də başqa bir şəxsin istefa vermədiyini bildirib.