“Artıq klub bir nəfərdən asılı olmayacaq”
Sportarena.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Abdullayev, dedikləri ilə Azərbaycan futbolunda inqilabi dəyişikliklər olacağı və klubların tədricən peşəkarlaşdırılaraq səhmdar cəmiyyətlərinə döndərilcəyini bildirib.
"100 min səhm buraxılacaq və idarə heyəti tərəfindən idarə olunacaq. Artıq klub rəhbəri təyinat aparmayacaq. "Sumqayıt" və s. səhmdar və ya şəxsi klub olacaq. Artıq kimsə kefi istəyəndə klubu bağlamayacaq. Rayonlarda, bölgələrdə ictimai klublar yaradılacaq. Artıq klub bir nəfərdən asılı olmayacaq. Kluba bir nəfər yox, bütün bölgə cavabdeh olacaq. Məncə bu, düzgün variantdır. Ona görə də birinci "Neftçi"dən başladıq. "Neftçi"nin idman cəmiyyəti tərkibinə verilməsi barədə qərar verdik. Müşahidə Şurası bu işə həvəslə və sevə-sevə girişir. İlk növbədə, "Neftçi"ni daxili aləmdə tanıtmalıyıq. Azarkeşsiz futbol - futbol deyil".