"Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə bu təyinatla bağlı fikirlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:
"Dəvətə görə təşəkkürümü bildirirəm. Mən 35 ildir Azərbaycan futboluna azarkeşlik edirəm. Stadiondakı oyunları buraxmamağa çalışıram. "Neftçi"nin rəhbərliyində yer alacağımı düşünmürdüm. Azarkeşlərin stadiona gəlməsi ilə bağlı problemlərin olduğunu bilirəm. Amma onları stadiona cəlb etməyin yolunu bilirəm. Bu problemi yoluna qoyacağıq. Rövnəq Abdullayevin fikirlərini dəstəkləyirəm, klublar paytaxtı yox, bölgələri təmsil etməlidirlər. Bunu Türkiyədəki kimi etməliyik. Klubları rayonlara bölmək lazımdır".