AFFA-nın prezidenti Rövnəq Abdullayev “İnter” və “Bakı” klubları haqqında maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, junalistlərə açıqlama verən prezident bu klubların adının dəyişilməsini istəyib:
"İnter" adı Bakıya nə verir? Qoy klub "İnter Keşlə" adlansın. Orada 90 min əhali yaşayır. "Bakı" Biləcərini təmsil etsin. Mən bu insanla necə olacağını bilmirəm (Klub prezidenti Hafiz Məmmədovu nəzərdə tutulur - red.). Əgər hər şey yaxşı olsa, klub yaşayacaq. Amma AFFA bütün klublara kömək edə bilməz".