UEFA İntizam Komitəsi Gürcüstan millisini cəzalandıra bilər.
Sportarena.az xəbər verir ki, buna səbəb “Avro-2016”nın seçmə mərhələsində Gürcüstan – Almaniya (0:2) matçı zamanı 7 azarkeşin meydana daxil olaraq oyunun keçirilməsinin qarşısını almaq istəməsi olub.
Bu hadisələrə görə Gürcüstan Milli Komandasına azarkeş və pul cəzaları kəsilə bilər.