İngiltərənin Stokmondevil şəhərində güllə atıcılığı üzrə paralimpiyaçılar arasında dünya kuboku yarışlarının ilk günündə Azərbaycan komandası qızıl medal qazanıb.
Sportarena.az azərtac-a istinadən xəbər verir ki, Milli Paralimpiya Komitəsinin idmançısı Elena Taranova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında ən yüksək nəticə göstərərək dünya kubokuna sahib olub.