Millət Vəkilindən "Neftçi"yə: "Çingiz bəy komandanı dedektiv janrında oynatsa..."

00:44 1 Aprel 2015

Azərbaycanın Millət Vəkili olan Fazil mustafa feysbuk sosial şəbəkəsindəki hesabında maraqlı fikir paylaşıb.

 

Sportarena.az xəbər verir ki, Millət Vəkili yazıçı Çingiz Abdullayevin “Neftçi” klubuna təyinatına münasibət bildirərək – “Artıq məlum oldu ki, hörmətli yazıçımız Çİngiz Abdullayev "Neftçi" futbol klubunun rəhbəri seçilib. Maraqlı bir seçimdir. "Neftçi" indiyə qədər hansı janrda oynayırdı, açığı anlamaq mümkün deyildi. Nə roman kimi roman, nə nağıl kimi nağıl janrında oynayırdılar. Daha çox faciə janrına uyğun gəlirdi. İndi müsbət tərəfi budur ki, bu komandanın oyun janrı artıq bəlli olacaq. Çingiz bəy komandanı dedektiv janrında oynatsa, o zaman xeyli sürprizlərə hazır olmalıyıq. Çünki ədəbiyyatda ancaq dedektiv janrı ilə dünyaya çıxa bildiyimiz kimi, futbulda da ancaq bu janrda nə isə edə bilərik. Bütün hallarda savadlı və dünyagörmüş adamların kənar sahələrdən olsa belə, bu postlara gətirilməsinin məncə faydası ola bilər. Çingiz Abdullayevə uğurlar arzulayıram”.

 

Qeyd edək ki, bu gün “Neftçi” klubunda toplantı keçirilmiş və klubun yeni yaradılan Müşahidə Şurası Çingiz Abdullayevi rəhbər seçmişdi.


Digər xəbərlər

Xəbər xətti