“Mən prezident olduğum dönəmdə “Neftçi” Avropa Liqasının qrupuna düşdü. İnanıram ki, Çingiz Abdullayevin rəhbər olduğu dönəmdə klub Çempionlar Liqasının qrupuna düşəcək”.
Bu sözləri sportaren.az saytına açıqlamasında “Neftçi” klubunun yeni yaradılmış Müşahidə Şurasının üzvü Sadıq Sadıqov deyib.
O, yazıçı Çingiz Abdullayevin Müşahidə Şurasına təyinatı ilə bağlı fikirlərinin müsbət olduğunu və onun klubda irəlliləyişə nail olacağına inandığını bildirərək, “Çingiz Abdullayevi nəyinki Azərbaycan, bütün dünya tanıyır. Bu insanın “Neftçi”yə gəlişi ilə klubda hər şey yaxşılığa doğru gedəcək və bu belə də olmalıdır. Çingiz müəllim müsahibəsində də bildirdi ki, mən bura qapıda durmağa və ya futbol oynamağa gəlmirəm. Bu günləri Çingiz müəllim “Neftçi”yə bir rəhbər kimi gəlir və mən inanıram ki, o, dünyada bir yazıçı kimi necə tanınırsa, futbolda da öz qüdrətini və böyüklüyünü qoruyub saxlayacaq. “Neftçi”nin gələcək inkişafında böyük köməklik edəcəyinə inanıram və o burada peşəkar inasanlarla işləyəcək. “Neftçi”, Müşahidə Şurasındakı 7 nəfərin fikri ilə idarə olunacaq. İstəyirik ki, klubumuz Avropada və dünyada Azərbaycanı layiqincə təmsil etsin. Mən prezident olduğum dönəmdə “Neftçi” Avropa Liqasının qrupuna düşdü. İnanıram ki, Çingiz Abdullayevin rəhbər olduğu dönəmdə klub Çempionlar Liqasının qrupuna düşəcək”. – deyib.
Qeyd edək ki, dünən klubun keçirdiyi iclasda “Neftçi” klubunda Müşahidə Şurası yaradılmış və yazıçı Çingiz Abdullayev sədr təyin edilmişdi.
Rahim Şaliyev