Azərbaycan Premyer Liqasının XXVII turunda “Xəzər Lənkəran” “Sumqayıt”ı 3-2 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elbrus Məmmədov oyun barədə fikirlərini bölüşüb:
“Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün.
Oyuna gəldikdə, son vaxtlar edilən dəyişikliklər bəhrəsini verdi. Meydançada əzmkar komanda gördüm. Düzdür, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm”.