Aqil Məmmədov: "11 oyundur ki, qələbə qazana bilmirik"

19:30 1 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXVII turunda “Xəzər Lənkəran” “Sumqayıt”ı 3-2 hesabı ilə məğlub etdi. 

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Aqil Məmmədov oyun barədə fikirlərini bölüşüb:


“Maraqlı oyun alındı. Oyunun gedişi  göstərmirdi ki, qələbə kimin olacaq. Sonda qələbəni “Xəzər Lənkəran” qazandı.  Səhvlərimiz göz önündədir.  Artıq 11 oyundur ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda “Bakı” ilə keçiriləcək oyunda son qoymaq istəyirik”. 


Digər xəbərlər

Xəbər xətti