“Bakcell Arena”da “Bakı”nı qəbul edən “Neftçi” 3 xal qazandı. Arif Əsədovun başçılıq etdiyi komanda “Bakı”nı məğlub yola saldı – 2-0.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi İbrahim Uzunca oyun barədə fikirləini bölüşüb:
“Oyunda təcrübəli olan komanda qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdur. Düşünürəm ki, futbolçularda müəyyən yorğunluq var. Digər tərəfdən oyunçularım əllərindən gələni edirlər. Növbəti illərdə hər şey daha yaxşı olacaq. Unutmayaq ki, futbolçular belə qazanılır. Əvəz olunan futbolçuların etirazına gəldikdə, bunu normal qarşılamaq lazımdır. Hansı oyunçu meydançadan çıxarıldığı zaman bununla razılaşır? Belə hallar futbolun qaydasıdır”.