"Neftçi"də struktur dəyişikliklərinin tamalanacağı vaxt açıqlandı

22:38 1 Aprel 2015

Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati binasında keçirilən iclasda "Neftçi" futbol klubunun Müşahidə Şurası yaradılmış, üzvləri təsdiq olunmuşdu. "Azərneftyağ" bağlandıqdan sonra "Neftçi" futbol klubu  "Neftçi" İdman Cəmiyyətinin tərkibinə verilmişdi.

 

“Neftçi”klubunun Müşahidə şurasının üzvü Sadıq Sadıqov sportarena.az saytına açıqlamsında klubdakı struktur dəyişikliklərinin yaxın 10 gün ərzində yekunlaşacağını və ictimaiyyətə açıqlanacağını bildirib. “Muşahidə Şurasında birlikdə struktur dəyişiklikləri apararıq. Hər bir işin bölgüsü aparılır. 10 gün müddətində bütün ictimaiyyətə bizim işimizlə bağlı məumat veriləcək. Kimin nə işlə məşğul olacağı tam olaraq bilinəcək”. – deyə Sadıqov bildirib.

 

Qeyd edək ki, Müşahidə Şurasında Sadıq Sadıqovdan əlavə olaraq Mübariz Zeynalov, Səmədağa Qurbanov, Bəhram Bağırzadə və SOCAR şirkətindən 2 nəfər yer alacaq. Müşahidə Şurasına tanınmış azərbaycanlı yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək.


Digər xəbərlər

Xəbər xətti