İran və İsveçin futbol komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı maraqlı hadisələr yaşanıb.
Sportarena.az xəbər verir ki, ilk maraqlı məqam oyunda olan 35 min azarkeşin 25 min nəfərinin əslən iranlı olması olub. Digər hadisə isə bütün dünyanın diqqətini çəkib. Belə ki, iran əsilli qadınlar və geylər plakatlar qaldıraraq İranda futbol izləməyə buraxılmayan qadınlara və geylərə dəstək olublar.
Oyundan sonra İran yığmasının baş məşqçisinin Karlos Queiroz,naməlum qalan səbəblərə görə istefa verməsi isə daha böyük maraq yaradıb.
Azarkeşlərin açdığı siyasi plakatlarla bağlı İsveç tərəfinə cəza kəsiləcəyi gözlənilir.