AÇIQLAMA: "Liverpul" bu qapıçını istəyir

23:34 1 Aprel 2015

İngiltərənin “Liverpul” klubu “Fiorentina”nın 25 yaşlı braziliyalı qapıçısı Neto ilə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Gazetta Tv”yə açıqlamasında futbolçunun meneceri Stefano Kastaqna məlumat verib.

Kastaqna, “Bu an üçün dəqiq olan odur ki, o, Florensiyada qalmayacaq. Fevral ayından bəri İtaliya, İspaniya, Almaniya və İngiltərə klubları onunla maraqlanır. “Liverpul” onu daha çox istəyir. İspaniyanın da güclü klubları onun xidmətində maraqlıdır”. – deyə bildirib.

 

Qeyd edək ki, Netonun “Fiorentina” ilə müqaviləsi bu yaz sona çatacaq.


Digər xəbərlər

Xəbər xətti