Dünən qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XIX turunun növbəti oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə “Rabitə” “Lokomotiv”lə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşün ilk setində “Lokomotiv” qələbə qazanıb. Daha sonrakı 3 setdə “Rabitə” üstün oyun nümayiş etdirərək rəqibini 3:1 (22:25, 25:19, 25:23, 26:24) hesabı ilə məğlub edib.