Dünən Premyer Liqanın 27-ci turunda “Sumqayıt” klubunu məğlub edən “Xəzər Lənkəran” (3:2), Preyer Liqanın 28-ci turunda “İnter” qarşısına 2 itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, buna səbəb Lənkəran təmsilçisinin heyyətində forma geyən Alfred Sanko (dəq.-82) və Sadio Tounkaranın (dəq-85.) dünən keçirilən matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir. Əsas heyət üzvü olan hər iki legioner “bankirlər”lə oyunu tribunadan izləməli olacaq.
Qeyd edək ki, matç zamanı Rahid Əmirquliyev (dəq.-45) və Elşən Rzazadə (dəq-74) də hakimin sarı vərəqəsinə tuş gəlib. Onlar növbəti oyunda da oxşar cəza ilə üzləşərsə daha sonrakı oyunda meydanda olmayacaqlar.