"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:
- "Neftçi"dəki struktur dəyişiklikləri ilə bağlı "Xəzər Lənkəran"ın mövqeyi necədir?
- Bizim klubun mövqeyi? Bizim bununla nə əlaqəmiz var ki? AFFA İcraiyyə Komitəsi ötən il klubların Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul olundu. Biz bu qərarı ilk yerinə yetirən klublardan biri olduq. Bizim öz idarə şuramız var.
- Amma AFFA prezidenti Rövnəq Abdullayev klub strukturunda tam dəyişiklik istəyir, hansı ki, burada klub prezidenti postu ləğv olunur...
- "Neftçi"ni "Xəzər Lənkəran"la müqayisə etmək olmaz. Ümumiyyətlə, bizim klubu Premyer Liqamızın digər təmsilçiləri ilə eyniləşdirmək lazım deyil. "Xəzər Lənkəran"ın sahibi və prezidenti "Palmali"nin vitse-prezidentidir. O, bu klub üçün öz pulunu xərcləyir. Türkiyədə klubların idarə heyətləri olur, hansı ki, həmin heyətə düşmək elə də asan deyil. Düşünmürəm ki, "Neftçi"nin Müşahidə Şurasında yer alan insanlar bu klub üçün öz pullarını xərcləyəcək. Kluba yenədə SOCAR sponsorluq edəcək.
- Deməli, "Xəzər Lənkəran"da oxşar dəyişiklik gözləməyə dəyməz?
- "Xəzər Lənkəran" bunsuz da nöqsansız struktur mövcuddur. Bu struktur 2004-cü ildə yaradılıb. O, AFFA-nın, FİFA-nın, UEFA-nın bütün tələblərinə cavab verir.
- Amma AFFA bütün klublardan oxşar dəyişikliklərə getməyi tələb etməyə hazırlaşır...
- Ötən gün AFFA İK-nın iclası idi? Biz AFFA İK-nın bütün tələblərini yerinə yetirəcəyik. Ötən gün isə sadəcə, "Neftçi" ilə bağlı toplantı olub. Bizim öz idarə sistemimiz var. Biz öz Müşahidə Şuramızı yaratmışıq və o, öz rolunu oynayır.
- Siz eyni zamanda AFFA Klublar Komitəsinin rəhbərisiniz. Növbəti görüş nə vaxta planlaşdırılıb?
- Aprelin 15-də yenidən bir araya gəlməyi planlaşdırırıq. Əldə olunanlarla kifayətlənmək istəmirik. Biz hələ Premyer Liqanın sponsorluğu, oyunların yayımı, klublara kompensasiya ilə bağlı yekun qərara gəlməmişik. Amma geridə qalan 3-4 ay ərzində komitəmiz kifayət qədər effektiv iş görüb.