Ruslan Poladov: “Xəzər Lənkəran”dan daha yaxşı oynadıq" - MÜSAHİBƏ

14:41 2 Aprel 2015

“Sumqayıt” klubunun kapitanı Ruslan Poladovun sportarena.az saytına müsahibəsi:

 

– “Xəzər Lənkəran”la oyunda artıq 11-ci matç idi ki, qələbə üzünə həsrət qaldız...

– Belə olmasına görə çox təssüflənirik. Bizi ən çox narahat edən isə hesabda öndə olduğumuz oyunlarda sonda ya məğlub olmağımız, ya da heç-heçə etməyimizdir. Əlimizdən gələni etsək də belə alınır.

 

– Dünənki oyunda gördük ki, komanda ilk dəqiqələrdə əla oynayır. Oyunun sonlarına getdikcə müqavimətiniz zəiflədi. Bu daha çox fiziki hazırlıqla bağlı deyil ki?

– Deməzdim ki, “Xəzər Lənkəran” oyun boyu üstün oldu. Biz “Xəzər Lənkəran”dan daha yaxşı oynadıq. Onlardan daha çox epizod yaratdıq. Oyunun sonlarında belə gərginliyin olması futbolçularımızın gənc olması və özlərini tez itirməsinə görədir. Meydança amili də var... Lənkəranda oynamaq asand deyil.

 

– Oyun zamanı daha çox müdafiənin cinağında boşluqların olduğunu gördük...

– Əgər komanda məğlub olursa, bu hamının günahıdır. Fərdi qiymətləndirməni baş məşqçi daha yaxşı bilər. O, bütün oyunları analiz edir və səhvlərimizi deyir.

 

– Oyunda pis təsir bağışlamadız. Lakin, avtoqol vurduz. O epizodda nə etmək istəyirdiz?

– Məndən arxada iki rəqib futbolçu vardı. Sadio ötürmə edəndə istədim ki, topu vurub uzaqlaşdırım. Amma, ötürmə çox sürətli alındı və rikaşet qola çevrildi.

 

– Növbəti oyunda qələbə qazanacağınıza inanırsız?

– Bütün oyunlara qələbə üçün çıxırıq. Sərgilədiyimiz oyun da bunu sübut edir. Amma, futbolda elə şeylər var ki, bütün əziyyətini heçə endirə bilər. Bəxtimiz də bəzən gətirmir.

 

 

Rahim Şaliyev

 


Digər xəbərlər

Xəbər xətti