"İnter" klubunun yeni sahibi məlum oldu

15:36 2 Aprel 2015

"İnter"in sponsoru olan "Beynəlxalq Bank"a yeni sədr təyin olunub.

 

 

Sportarena.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Fərid Axundov "Beynəlxalq Bank"a sədr təyin edilib. O, buna qədər "Pasha Bank"ın sədri vəzifəsində işləyib.

 

Fərid Axundov 23 may, 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin planlaşdırılması fakültəsində alıb. 1993-cu ildə Nottingem Trent Universitetinin (Bakı) menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin biznesin administrasiyası fakültəsini bitirib.

 

1996-2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında maliyyə nəzarəti şöbəsinin meneceri, müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

 

2003-2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.

 

2005-2007-ci illərdə "F.T.F" MMC-nin direktoru vəzifəsində çalışıb.

 

30.06.2007-ci il tarixdən isə "Pasha Bank" ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib.

 


Digər xəbərlər

Xəbər xətti