Tyaqu: "Biz Azərbaycana gedəndə insanlar Ronaldonu gördüklərinə inanılmaz dərəcədə sevinirdilər"

16:16 2 Aprel 2015

Portuqaliya yığmasının və İspaniyanın "Atletiko" (Madrid) klubunun yarımmüafiəçisi Tyaqu "Real Madrid"in portuqaliyalı ulduz futbolçusu Ronaldonun Azərbaycana 2006-cı ildəki səfəri ilə bağlı xatirələrini bölüşüb.

 

 

Sportarena.az  xəbər verir ki, o, Portuqaliya mətbuatına müsahibəsində bunları söyləyib:

"Ronaldonu Madriddə də, dünyanın istənilən nöqtəsində də çox asanlıqla tanıyırlar. Hətta yığmanın oyunları ilə əlaqədar Azərbaycana və ya Albaniyaya gedəndə də insanlar onun gəlişinə inanılmaz dərəcədə sevinirdilər. Bəziləri hətta onu aeroportda, otellərdə yaxından gördüyünə görə sevinc göz yaşları axıdırdı. Sanki Ronaldonu gördüklərinə inanmırdılar. Amma şəxsən mənim üçün bütün bunlar çox qəribə görünürdü. Çünki Ronaldonu hələ 20 yaşadək yığmamızdan tanıyıram. Onun geridə qalan müddətdə əldə etdiyi uğurlar həqiqətən inanılmazdır".

 

Qeyd edək ki, həmin oyunda milli komandamız Portuqaliya yığmsına 0:3 hesabı ilə məğlub olmuşdu.


Digər xəbərlər

Xəbər xətti