Tour d’Azerbaïdjan-2015-in təqdimat çarxı - VİDEO

16:29 2 Aprel 2015

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün təqdimat çarxı hazırdır.

 

Sportarena.az xəbər verir ki, mayın 6-dan 10-una qədər keçiriləcək 5 günlük yürüşdə velosipedçilər ümumilikdə 870 km məsafə qət edəcəklər.

 

Yarışın proqramına əsasən, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 7-də Qəbələ-Şəki-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.

 

Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti