Son dönəmlər uğursuz günlərini yaşayan İtaliyanın “Milan” klubunun səhimlərinin 75 %-i satıla bilər.
Sportarena.az xəbər verir ki, bu barədə klub prezidenti – Silvio Berliskoni İtaliyalı jurnalistlərə açıqlamasında bildirib.
Prezident açıqlamasında sahib olduğu klubun 75% səhmlərini çinli iş adamlarına 1,5 milyon avroya satmaq fikirlərinin olduğunu bildirib. Berliskoni hələ hər şeyin dəqiqləşmədiyi fikrini də önə çəkib.
Qeyd edək ki, “Milan” klubu İtaliya A Seriyasında 28 turdan sonra 38 xalla 8-ci pillədə qərarlaşıb.