Kaxaber Sxadadze: “Xəzər Lənkəran”la vacib qarşılaşmaya hazırlaşmalıyıq”

20:17 2 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXVII turuna “Bakcell Arena”da yekun vuruldu. Liderlərin – “Qarabağ”la “İnter”in görüşündə hesab açılmadı.

 

 

Sprtarena.az xəbər verir ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyun barədə fikirlərini bölüşüb:

 “Oyun gərgin keçdi. Bu tip görüşlərdə 1 qol həlledici olur. Əsasən də, hər iki komanda müdafiədə diqqətli oynayır. Hesab edirəm ki, komandalar müdafiədə diqqətli olub, rəqibin səhvindən yararlanmağa çalışırlar. Qol olmasa da, keyfiyyətli oyun alındı. Yarımqol vəziyyətləri yaratdıq.  Heç-heçə isə ədalətli nəticədir. Düşünürəm ki, bu oyunu unutmalı və “Xəzər Lənkəran”la vacib qarşılaşmaya hazırlaşmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti