Azərbaycan Premyer Liqasının XXVII turuna “Bakcell Arena”da yekun vuruldu. Liderlərin – “Qarabağ”la “İnter”in görüşündə hesab açılmadı.
Sprtarena.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşüb:
“Nəticə normal oldu. Biz yaxşı komandaya qarşı oynadıq. “İnter”in belə oynaması bizim üçün sürpriz oldu. Çünki mən 5 müdafiəçi ilə oynayacaqlarını gözləyirdim. Ümumi götürsək, matç pis alınmadı. Hər iki komanda intizamlı futbol sərgilədi. Müəyyən boşluqlar vardı ki, bunu normal qarşılamaq lazımdır. “İnter”ə uğurlar arzu edirəm. Bu komandaya qarşı görüşlər mənim üçün həmişə xoş olub”.