"Xəzər Lənkəran"ın məşq planı və hərəkət qrafiki

00:58 3 Aprel 2015

Premyer Liqanın XXVII turunda doğma meydanda “Sumqayıt” üzərində qazandığı qələbədən bir gün sonra “Xəzər Lənkəran” bərpa məşqini keçirib.

 

Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, komandamız istirahət etmədən aprelin 2-də saat 17:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqinə çıxıb. Bir saatdan çox davam edən hazırlıq prossesinin gedişində öncədən planlaşdırıldığı futbolçular iki fərqli qayda ilə çalışıblar. Belə ki, “Sumqayıt”la oyunda iştirak edən futbolçular yüngül qaçış və bəzi fiziki hərəkətlərin yerinə yetirilməsi ilə kifayətləniblər, həmin matçı ehtiyat skamyada keçirənlər isə sona qədər hazırlaşıblar.

 

Komandanın növbəti məşqi aprelin 3-də səhər saatlarında yenə də ehtiyat meydançada baş tutacaq. Aprelin 4-də isə komanda Bakıya yollanacaq və həmin gün oyunöncəsi son məşqini “İnter Arena” stadionunda keçirəcək.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXVIII turu çərçivəsində aprel ayının 5-də İnter klubunun qonağı olacaq.

 


Digər xəbərlər

Xəbər xətti