Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub.
Sportarena.az affa.az saytına istinadən xəbər verir ki, 2015-ci ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” dövrənin qalibi olub. Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox – 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri ən az – 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi “İnter” kimi hamıdan az – 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub. Paytaxt təmsilçisi isə hamıdan çox – 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması üzündən az xal toplayıb. “İnter” kimi 15 xal toplayan “Qəbələ” isə heç-heçə etməməsi ilə diqqət çəkib. “Xəzər Lənkəran” da dövrəni bərabərliksiz keçib. “Sumqayıt”la “Bakı” qələbə qazana bilməyib.
Qeyd edək ki, I dövrənin təxirə salınan AZAL – “Neftçi” oyunu 2015-ci ildə keçirilsə də, III dövrəyə aid olmadığından cədvəldə nəzərə alınmayıb.
| 
			 Yer  | 
			
			 Komanda  | 
			
			 Q  | 
			
			 H  | 
			
			 M  | 
			
			 T-F  | 
			
			 Xal  | 
		
| 
			 1  | 
			
			 Qarabağ  | 
			
			 6  | 
			
			 1  | 
			
			 1  | 
			
			 10 - 3  | 
			
			 19  | 
		
| 
			 2  | 
			
			 Qəbələ  | 
			
			 5  | 
			
			 0  | 
			
			 3  | 
			
			 11 - 8  | 
			
			 15  | 
		
| 
			 3  | 
			
			 İnter  | 
			
			 4  | 
			
			 3  | 
			
			 1  | 
			
			 12 - 5  | 
			
			 15  | 
		
| 
			 4  | 
			
			 Simurq  | 
			
			 4  | 
			
			 2  | 
			
			 2  | 
			
			 10 - 4  | 
			
			 14  | 
		
| 
			 5  | 
			
			 AZAL  | 
			
			 4  | 
			
			 2  | 
			
			 2  | 
			
			 9 - 5  | 
			
			 14  | 
		
| 
			 6  | 
			
			 Neftçi  | 
			
			 4  | 
			
			 1  | 
			
			 3  | 
			
			 9 - 6  | 
			
			 13  | 
		
| 
			 7  | 
			
			 Xəzər Lənkəran  | 
			
			 2  | 
			
			 0  | 
			
			 6  | 
			
			 8 - 16  | 
			
			 6  | 
		
| 
			 8  | 
			
			 Sumqayıt  | 
			
			 0  | 
			
			 4  | 
			
			 4  | 
			
			 4 - 9  | 
			
			 4  | 
		
| 
			 9  | 
			
			 Bakı  | 
			
			 0  | 
			
			 1  | 
			
			 7  | 
			
			 2 - 19  | 
			
			 1  |