“Sumqayıt” üzərində 3:2 hesablı əzmkar qələbədən sonra fasilə vermədən növbəti turun hazırlığına start verən “ Xəzər Lənkəran” məşqlərini yekunlaşdırmaq üzrədir.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, dördüncü dövrənin ilk turunda “İnter”in qonağı olacaq komanda Lənkərandakı hazırlığını tamamlayıb.
Sabah paytaxta yola düşəcək “ Xəzər Lənkəran” dincəldikdən sonra oyunöncəsi son məşqini “ İnter Arena"da keçirəcək.
Heyətdə zədəli futbolçu olmasa da, Sadio Tounkara və Alfred Sanko cəza səbəbindən bu "İnter"lə matçda "Xəzər Lənkəran" kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" qarşılaşması aprelin 5-i, saat 18:00-da başlayacaq.