Martın 30-31- i aralıgında İsveçin paytaxtı Stokholm şəhərində Avropa Klublar İttifaqının (ECA) Baş Assambleyasının Plenar İclası keçrilib.
Sportarena.az xəbər verir ki, sayca 15-ci olan bu iclasda həmişəki kimi AZAL PFK-nın nümayəndəsi də iştirak edib. Belə ki, klubun vitse-prezidenti Fikrət Hüseynov tədbirə qatılaraq gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edib.
O həm də bu mötəbər tədbirdə ölkəmizin yeganə təmsilçisi olub. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə AZAL-dan başqa heç bir klub nümayəndəsini göndərməyib. Baş Assambleyasının Plenar İclasında isə futbolda böyük önəm kəsb edən bir sıra məsələlər – Milli komandaların üzvlərinin sığortalanması, FİFA TMS sistemi ilə baglı inzibatı cəzaların tətbiqi, Dünya Çempionatından əldə olunan gəlirlərin bölüşdürülməsi, futbolçuların transferi və keçidinə dair əsasnamənin müzakirəsi haqda fikir mübadiləsi aparılıb.