Messinin zədəsi ciddidir: "Ayağım şişdiyinə görə oynamadım"

13:42 3 Aprel 2015

“Barselona”nın argentinalı futbolçusu Leonel Messinin ayağı şişib.

 

Sportarena.az xəbər verir ki, futbolçu bu haqda öz rəsmi feysbuk səhifəsində paylaşıb edib.

 

Messi, “Yenidən “Barselona”... Amerika turu mənim üçün çox yaxşı və əyləncəli idi. Hər kəsin zəhməti hesabına yaxşı nəticələr qazandıq. Ancaq, mən ayağım şişdiyinə görə oynamadım. Ayağımda hələ də ağrılar var, ancaq, ən qısa zamanda sağalıb Argentinaya və “Barselona”ya kömək etmək istəyirəm”. – deyə bildirib.

 

Qeyd edək ki, ulduz futbolçu “Mançester Siti” ilə ÇL-də oynanılan cavab qarşılaşmasında rəqib oyunçu Martin Demişeles ilə mübarizədə zədələnsə də, oyunda axıra qədər oynamış, “Real Madrid”lə vacib oyunda da meydanda olmuşdu. Futbolçu Argentinanın Salvador və Ekvador ilə oynadığı oyunlarda forma geyə bilməmişdi.

 


Xəbər xətti